Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2014

Cənubi Koreyada bərənin batması nəticəsində ölənlərin sayı 46-ya çatıb

Cənubi Koreya sahilləri yaxınlığında aprelin 16-da “Sevol” sərnişin bərəsinin batması nəticəsində ölənlərin sayı 46-ya çatıb.

“Assoşieyted Press”in verdiyi xəbərə görə, bundan əvvəl 36 nəfərin öldüyü bildirilirdi, 250-dək insanın taleyi indiyədək məlum deyil.

Qeyd edək ki, hadisə baş verən an bərədə 477 nəfər olub. Xilasedicilər hələ ki 180 sərnişini xilas edə biliblər.

Qəza gəminin qatı duman şəraitində sualtı qayaya çırpılması nəticəsində baş verib.
1392 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber