Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2014

“Ukrayna müqəddəs Rusun bir hissəsidir”

Rusiyanın baş keşişi: “Ukrayna müqəddəs Rusun bir hissəsidir”

Moskva və bütün Rusiyanın baş keşişi Kirill Moskvada Xilaskar İsa kilsəsindəki xütbəsində Ukraynanı “Müqəddəs Rusun tərkib hissəsi” adlandırıb.

“BBC”-nin məlumatına görə, o, xütbəsinin başlanğıcında belə deyib: “Ukrayna siyasi cəhətdən xarici dövlətdir. Mənəvi və tarixi baxımdan isə bu heç vaxt belə olmayıb. Biz Allah qarşısında bir xalqıq. Biz bir dinə, pravoslavlığa qulluq edirik. Kimsə Ukrayna xalqının başqa dinə inandığını deyə bilməz”.

Baş keşiş xütbəsində “Rus pravoslav kiləsinin bütün möminlərini” Pasxa bayramı ərəfəsində “Ukraynada yaşayan Rus xalqına” dua etməyə çağırıb.

O, bildirib ki, Ukraynada “qanuni hakimiyyətin seçilməsin, Ukrayna xalqının istədiyi konstitusiyaya dəyişiklikləri etməsinə” dua edəcək.

Mənbə xatırladıb ki, indiyədək o, Ukraynadakı hadisələrlə bağlı açıqlama verməyib. Şərhçilər Krımın Rusiyaya birləşdirilməsinin elan edilməsi ilə bağlı Vladimir Putinin Kremldə keçirdiyi toplantıda da baş keşiş Kirillin iştirak etmədiyini də vurğulayıblar.

Bununla belə mənbə qeyd edib ki, Krımın ilhaq edilməsi də Ukraynadakı pravoslav kilsəsinin mövqeyinə zərbə vurub.
1444 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber