Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2014

20 apreldə gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Aprelin 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Aprelin 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-14, gündüz 20-25, bəzi yerlərdə 28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
1571 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber