Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2014

Rusiya-Ukrayna razılaşması kağız üzərində qaldı

Cenevrədə əldə edilən razılaşmadan sonra da Ukraynada separatçılar hökumət binalarını təslim etməkdən imtina ediblər.

Polisin Rusiya tərəfdarlarına “İşğala son ver”, “Silahı təslim et” çağırışlarına məhəl qoyulmayıb.

4,5 milyon əhalisi olan Donetskdə respublika elan edən Denis Puşilin Cenevrədə özləri adına hər hansı sənəd imzalanmadığını, hökumət binalarını təslim etmək üçün Kiyev hökumətinin istefa verməli olduğunu bildirib.

Siyasi müşahidəçilər Rusiya tərəfdarları ilə danışıqların müsbət nəticə verəcəyinə inamlarının az olduğunu vurğulayıblar.

Xatırladaq ki, Cenevrədə keçirilən dördtərəfli görüşdə Ukraynada yaşanan hadisələrin normallaşaması istiqamətində addımlar atılması barədə razılığa gəlinmişdi.
1489 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP