Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2014

Əlibəyli camaatı narahatdır

Kəndə hər an hücum ola bilər
Erməni silahlı bölmələri srağagün və dünən gecə Ermənistanın Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərindən Tovuz rayonunun Əlibəyli kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Ağdam rayonunun Sarıcalı, Cəvahirli, Yusifcanlı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Füzuli və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

Son günlər gərginliyin hökm sürdüyü Tovuzun Əlibəyli kəndində isə ara-sıra atışmalar getsə də, nisbi sabitlikdir. Keçmiş döyüşçü Etibar Əmiraslanov “Yeni Müsavat”a bildirdi ki, hazırda Əlibəylidə nisbi sakitlikdir, amma camaat narahatdır: “Şayiələr yayılır ki, kəndə hər an hücum ola bilər. Odur ki, əhali təşviş içərisindədir”.

Əlibəyli kənd sakini Rafiq Həsənov da dedi ki, hamı qorxu içindədir: “Yüksəklik ermənilərdədir deyə, narahatlıq var. Gecələr kənd əhalisinin yarısı başqa yerdə qalır. Arabir ermənilər atır, bizimkilərin reaksiyası yoxdur”.

Müdafiə Nazirliyindən məsələ ilə bağlı mövqe öyrənə bilmədik./musavat/
1518 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı