Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2014

Zakir Həsənov da “LAZIMI” gözləyir

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Naxçıvanda keçirilən genişmiqyaslı hərbi təlimlərdən danışıb.
Z. Həsənov C. Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, neçə illərdir, dinamik inkişaf edən Naxçıvan etibarlı formada qorunmalıdır və qorunur.
Nazir qeyd edib ki, digər bölgələrdə olduğu kimi, Naxçıvanda da hərbi strukturların inkişafına diqqət yetirilməlidir: “Təlimlər sübut etdi ki, şəxsi heyətdə böyük ruh yüksəkliyi var. Onlar istənilən təcavüzün qarşısını almağa, döyüş tapşırığını yerinə yetirməyə hazırdırlar”.
Z. Həsənov ordunun istənilən vaxt torpaqları işğaldan azad etməyə, Ali Baş Komandanın əmrinə hazır olduğunu da vurğulayıb.

Qeyd edək ki, sabiq müdafiə naziri Səfər Əbiyev də tez-tez “LAZIM gəldikdə topaqlarımızı işğaldan azad edəcəyik” deyirdi. Bir dəfə də jurnalistlərdən biri dözməyib bu “LAZIMIN” nə vaxt gələcəyini soruşmuşdu.
Əbiyev də “gələndə görəcəksən, səni də ona qoşub göndərəcəm cəbhəyə” demişdi.
Ancaq bu “LAZIM” gəlib çıxmamış Əbiyevin özünü göndərdilər lazımı yerə…
İndi də Zakir Həsənov başlayıb ki, lazım gəlsə belə edərik, lazım gəlsə elə edərik. Qardaşım, bu “LAZIM” hardadırasa gətirin çıxarın, nəhayət!
1535 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber