Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2014

Əliyevin qocalardan ibarət komandası

22 il öncəki gənc komandanı, qocalar əvəzləyib

Azərbaycanda nazir postu tutan şəxslərin orta yaşını hesablanıb. Hesablamada məlum olub ki, nazirlərin orta yaşı 56-dır. Onların ən cavanı təhsil naziri Mikayıl Cabbarovdur və onun 38 yaşı var.

Ümumi mənzərə isə belədir: Energetika naziri Natiq Əliyev -67 yaş, xarici işlər naziri Elmar Məmmədyarov - 54 yaş, daxili işlər naziri Ramil Usubov - 66 yaş, milli təhlükəsizlik naziri Eldar Mahmudov - 58 yaş, müdafiə naziri Zakir Həsənov - 55 yaş, ədliyyə naziri Fikrət Məmmədov - 59 yaş, müdafiə sənayesi naziri Yavər Camalov- 65 yaş, maliyyə naziri Samir Şərifov-53 yaş, Vergilər naziri Fazil Məmmədov-50 yaş, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev - 49 yaş, fövqəladə hallar naziri Kəmaləddin Heydərov- 53 yaş, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov - 53 yaş, kənd təsərrüfatı naziri Heydər Əsədov - 55 yaş, mədəniyyət və turizm naziri Əbülfəəz Qarayev - 58 yaş, səhiyyə naziri Oqtay Şirəliyev - 64 yaş, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov - 61 yaş, gənclər və idman naziri Azad Rəhimov - 50 yaş, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov - 59 yaş, nəqliyyat naziri Ziya Məmmədov- 62 yaş.

Onu da qeyd edək ki, Baş nazir Artur Rasizadənin 79, Milli Məclisin sədri Oqtay Əsədovun 59, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 76 yaşı var.

Maraqlı məqam ondan ibarətdir ki, bu hakimiyyət gənclərə qayğıdan, gənclərin dövlət idarəetməsində önə çəkilməsindən, yüksək vəzifələrdə çalışmasından ağız dolusu danışır. Ancaq bu ölkədə gənclər nazirinin 50 yaşı var. Yuxarıda adları sadalanan şəxslərin əksəriyyətinin vəzifə stajı isə 15 il və ondan yuxarıdır.

Bugün sivil dünyada, hətta yaxın qonşumuz olan Gürcüstanda yüksək vəzifələrdə gəncləri görmək olar. Bu gün gənc kadrlardan istifadə etmək, yeni texnologiyaları mənimsəmiş gəncləri önə çəkmək, bütün dünya ölkələri üçün prioritetdir. Bizdə isə ölkənin gələcəyi olan gənclər şərlənərək həbsə atılır, qocalar vəzifədə dünyasın dəyişir.

Bir qayda olaraq rejim mənsubları 92-93-cü illəri hədəf alır və həmin dövrün hakimiyyətinin yarıtmaz idarəetməsindən danışırlar. Ancaq, fakt onu göstərir ki, AXC hakimiyyəti dövründə yüksək vəzifələrə 60-70 yaşlı qocaları təyin etmirdilər.

Məsələn, həmin dövrdə Dövlət katibi olmuş Əli Kərimlinin 28, Dövlət Təhlükəsizliyi nazirinin müavini Sülhəddin Əkbərin 32, Baş nazir Pənah Hüseynin 35, Ali Sovetin sədri Isa Qəmbərin 35, Baş nazirin müavini Əli Məsimovun 39, Daxili Işlər Naziri Isgəndər Həmidovun 44, Prezidentin müşaviri Qulamhüseyn Əlibəylinin 34, Ali Sovetin sədr müavini Tamerlan Qarayevin 40, Baş Prokuror Ixtiyar Şirinovun 40, Prezidentin müşaviri Yunus Oğuzun 33 yaşı olub. Bu göstəricilər kifayət qədərdir və siyahını uzatmaq mümkündür.

Görünən odur ki, hələ 22 il öncə hakimiyyətdə olan qüvvələr gənclərin vəzifələrə təyin olunmasının vacibliyini dərk edirdilər. Ancaq, 22 il ötsə də, bu gün rejim qocaları gəncləri geri itələməkdə israrlı görünür. Bu isə, acgözlük, vəzifə hərisliyi, daha çox qazanmaq istəyinin göstəricisidir. Bu da 1 illik hakimiyyətin, 22 illik “analoq”suz hakimiyyətdən üstünlüyünün daha bir sübutudur./mediaforum/
1313 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi