Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2014

İranda qadın məhbuslara amnistiya elan edilib

Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei İslam Peyğəmbəri Məhəmmədin qızı Fatimənin doğum günü münasibətilə İran həbsxanalarında olan qadın məhbuslar üçün amnistiya elan edib.

İran Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Ali Dini Lidrə məktubla müraciət edib. Məktubda Konistitusiyanın 110-cu maddəsinin 11-ci bəndini rəhbər tutaraq 2014-cü ilin aprel ayının 20-dək İran həbsxanalarında həbsdə saxlanılan qadınların əfv edilməsi və ya cəzalarının çəkilməmiş hissəsinin bağışlanması xahiş olunub. Ayətullah Xamenei həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.

Qərara əsasən, 6 ayadək müddətə azadlıqdan məhrum edilmiş şəxslər, aprelin 20-dək 10 il həbsdə qalan ömürlük həbs cəzası almış şəxslərə, öhdəsində azyaşlı uşaq olan qadınlara, həyat yoldaşı həbsdə olan qadınlara , borca görə məhkum olunmuşlara amnistiya tətbiq olunaraq azadlığa buraxılacaqlar.

Həmçinin 6 aydan 5 il və daha çox azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının yarısının bağışlanması nəzərdə tutulub.

Amnistiya qərarı cinayət və xüsusilə ağır cinayət törədən şəxslərə, qaçaqçılara, silahlı basqınlara, quldurluq, milli təhlükəsizliklə bağlı cinayətlərə görə məhkum olunanlara, silah və sursat qaçaqçısı, casusluq, spirtli içkilərdən istifadə ittihamı ilə cəza almış şəxslərə tətbiq olunmayacaq.
1342 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:50