Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2014

NİDA-çıların valideynləri də aclıq aksiyasına başladı

Həbsdə olan NİDA-çı gənclərin valideynləri aprelin 20-də Müsavat partiyasının qərargahında aclıq aksiyasına başlayıb. Bu barədə "Azadlıq" radiosuna Zaur Qurbanlının anası Səkinə Qurbanlı məlumat verib.

“Bu gün 4 valideyn aclıq aksiyasına başlayırıq. Şahinin anası ilə bibisi, Rəşadətin anası, bir də mən. İndi Zaurla danışdım deyir aclıq aksiyasını davam etdiririk və əhvalımız da yaxşıdır. O biri valideyinləri deyə bilmərəm, mən müddətsiz aclıq edəcəm”.

Aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Hərəkat üzvlərinə 6 il yarımdan 8 il yarıma qədər cəza istəyib.

Gənc fəallar etiraz olaraq aprelin 17-dən aclıq aksiyasına başlayıb. həm gənclərin, həm də valideynlərinin tələbi NİDA-çıların dərhal azadlığa buraxılmasıdır.
1767 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.04.18, 09:35
Bakıda bıçaqlanma olub
19.04.18, 07:29
Ucar sakini intihar edib
18.04.18, 10:12
Ucar sakini intihar edib
Go to TOP