Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2014

Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham olunur

Türkiyədən deportasiya edilən Rauf Mirqədirov dövlətə xəyanətdə ittiham olunur

Aprelin 19-da Türkiyədən deportasiya edilərək Bakıya gətirilən jurnalist Rauf Mirqədirovun dövlətə xəyanətdə ittiham olunduğu məlum olub.

Bu barədə təqsirləndirilən şəxsin vəkili Fuad Ağayev məlumat verib.

Onun sözlərinə görə, bu barədə ona Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən bildirilib: “İdarənin müstəntiqi İbrahim Ləmbəranski mənə zəng edərək Rauf Mirqədirovun barəsində Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işinin açıldığını və təqsirləndirilən şəxsin hüquqlarının mənim tərəfimdən müdafiə olunmasını istədiyini bildirdi”.

F. Ağayev həmçinin jurnalistin saxlanıldığı yerin də artıq müəyyən edildiyini deyib: “Rauf Mirqədirov hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır”.

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib./apa/
1446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı