Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2014

Gəncədə polislə tələbə arasında dava

Gəncədə şəxsi münasibətlər zəminində polis əməkdaşı ilə tələbə arasında dava düşüb.

Dava şəhərin Nəriman Nərimanov prospektində, 10 saylı orta məktəbin yaxınlığında baş verib. Gəncə şəhər Baş Polis İdarəsinin polis əməkdaşı, xidmətdən sonra, mülki geyimdə olan Elçin Həsənovla Azərbaycan Dövlət Aqrar Universitetin III kurs tələbəsi, Xalid Aydınlı arasında şəxsi münasibətlər zəminində dava düşüb və tələbə polis əməkdaşının sifət nahiyəsindən zərbələr endirərək ona xəsarətlər yetirib. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən faktı təsdiqləyiblər və məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib./xeberdar/
1386 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...