Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2013

Kral ailəsinin ingiltərəli cangüdəninin şok açıqlamaları

«Əslində Səud ailəsi rüşvətxor, narkoman, qumarbaz, oğru, təcavüzkar, homoseksual və narkomandır»

FaktXəbər-in verdiyi məlumata görə, əslən İngiltərədən olan cangüdən Mark Yanq (Mark Young) Səudiyyə Ərəbistanının əmirləri barədə şok məlumatları dərc edib. Adını çəkdiyi kral ailəsinin üzvləri arasında Fəhda ibn Əbdül Əziz Əl Səud, şahzadə  Talal ibn Əbdül Əziz, şahzadə  Fəvaz bin Əbdül Əziz, onların bəzi uşaqları,

 həmçinin kral Səudun öz övladları və sair var. Mark Yanq «Saudi Bodyguard») kitabında onların əfxalqsızlığı barədə maraqlı faktlar gətirib.

Yanq Twitter –də mərhələli şəkildə Səud ailəsindəki işi, onların həyatı barədə yazırdı. Onun dediyinə görə, hətta ən qorxulu yuxularında belə görmədiyi dəhşətlərin şahidi olub.

Yanqın sözlərinə görə, kral ailəsi  KİV-in ictimaiyyətə təqdim etdiyindən çox fərqlənir. Əslində onlar rüşvətxor, qumarbaz, oğru, təcavüzkar, homoseksual və narkomandırlar. Səudiyyə əmirinin  ailəsi dindar deyil, sadəcə xalqı manipulyasiya üçün ondan istifadə edir.

Keçmiş cangüdən həmçinin xalqa müraciət edərək öz haqlarını tələb etməyə çağırıb.

Aşağıda sizlərə kitabında və Twitter –də adlarını çəkdiyi şahzadələrin xasiyyətnamələri haqqında qısa çıxarışı təqdim edirik.

Şahzadə Əhməd bin Əbdül Əziz:qumarbaz, əyyaş, narkoman və cani

Şahzadə Feysəl bin Fəhd: homoseksual, qatil və ən dəhşətlisi, Antinarkotik İdarəsinin rəisi olmasına baxmayaraq narkoman. O, elə narkotik maddələrin həddən artıq qəbulundan dünyasını dəyişib.

Şahzadə Fəvəz bin Əbdül Əziz: rüşvətxor, oyunlarda sərvət uduzan qumarbaz, əyyaş. Məkkə əmiri olub…

Şahzadə  izz əd-din ibn Səud: homoseksual. Yanq onun cangüdəni olub. Şahzadə SPİD xəstəsi olduğundan gənc yaşda dünyasını dəyişib.

Şahzadə Həmid ibn Əbdül Əziz: homoseksual. Yanqın özünü cinsi əlaqəyə girməsini istəyib. Cangüdənin rədd cavabı şahzadəni qəzəbləndirib.

Yanqın şəxsən tanıdığı əmirlərin çoxu qumar oyunlarına təsəvvür edilməz dərəcədə çox pullar töküblər. Onların arasında şahzadə Məhəmməd bin Fəhd, şahzadə Səud Bin Nafi və şahzadə Lamiyə bint Məşəl var.

Cangüdən dediklərini və gördüklərini sübut eləmək üçün əl-Səud ailəsi ilə çəkdirdiyi  fotoları və sənədləri Twitter –də paylaşıb.

Yanq xatirələrində şahzadə Mşari bin Səud  və onun həyat yoldaşı xanım Anudu da unutmayıb. Cangüdən şahzadənin  bir kişi ilə səhrada seksual xarakterli şəkli yayımlanan kadrları xatırladıb: «Bu fotolar  kral Xalid ibn Əbdül Əzizi bərk qəzəbləndirdi. Bu səbəbdən Böyük Britaniya ilə bütün əlaqələri kəsdi və ingilisləri Səudiyyə Ərəbistanından qovdu».

Bah şahzadəsi Mşari bin Səud ilə şahzadə Anudun boşanmasına səbəb isə sonuncunun çimərlik geyimində olan şəklini BƏƏ-dəki dostuna göndərməsi olub.

Mark ərəb xalqına müraciət edərək yuxarıda dediyi sözləri barədə düşünmələrinə çağırıb: «Səud ailəsi ölkəni çiçəklənməyə qoymur. Ölkənin sənayesi sıfırdadır. Sən özünün əkmədiyi məhsulu yeyir, ölkəndə hazırlanmayan geyimi geyinir və xaricilərin avtomobilində gəzirsən».

Yanq həmçinin deyib ki, İslam böyük dindir, lakin bu dinin Səudiyyə Ərəbistanında təcəssümü  mümkünsüzdür: «Hətta İslam Peyğəmbəri təhqir olunanda belə, Səud ailəsi Qərbi tənqid etmədi. Onların nə dini, nə inancı var. Onlar sizin hüquqlarınızı tapdalayıblar».

1760 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:22