Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2014

“Qarabağda da rus pasportları paylanacaq”

Krımın ilhaqından sonra Azərbaycana da analoji təhlükə artıb; Jirinovskinin istəyi reallaşır; rəsmi Bakı Rusiyadan izahat istəyəcəkmi?
“Ermənistan vətəndaşlarına Rusiya pasportlarının paylanılması Qarabağ üçün uğurlu olacaq”. axar.az saytının xəbərinə görə, bu haqda Ermənistan mətbuatı yerli politoloqlar arasında aparılan sorğulardan sonra belə bir nəticəyə gəlib.

Mətbuat hazırda Qarabağın qorunması üçün yeganə vasitənin Rusiya pasportlarının paylanmasından ibarət olduğunu bildirib: “Rusiya bu yaxınlarda vətəndaşlığın verilməsi haqqında yeni qaydaları təsdiqləyib. Bunun Cavaxetiyaya təsiri qaçılmazdır. Oradakı ermənilər rahat şəkildə rus pasportlarını alacaqlar. Ermənistana gəlincə isə bu vətəndaşlıq burada da paylanacaq. Rusiyaya gedən erməni vətəndaşları rahat şəkildə onun vətəndaşlığını alacaqlar. Nəticədə bir müddətdən sonra öz ailələrini Rusiya vətəndaşı edə biləcəklər. Ermənistanla bərabər vətəndaşlığın Qarabağda da paylanması nəzərdə tutulur. Bu isə Ermənistan üçün ən uğurlu variant olacaq. Çünki Qarabağı qorumağın yeganə variantı bu olacaq”.

Rusiyanın Krımı beynəlxalq hüquq normalarına zidd olaraq özünə birləşdirməsindən sonra Azərbaycana, Dağlıq Qarabağa analoji təhlükənin yaranması haqda “Yeni Müsavat” olaraq bir neçə dəfə yazmışıq. Etibarlı mənbələrə istinadən xüsusi olaraq qeyd eləmişik ki, işğal altındakı Dağlıq Qarabağda Rusiyadan gələn emissarlar yerli erməniləri bölgənin Rusiyaya birləşdirilməsinə təşviq eləmək üçün gizli təbliğata başlayıb, bu məqsədlə hətta xüsusi fond da yaradıblar. Məlumatda həmçinin rus pasportları alacaq ermənilərə maddi xarakterli şirnikləndirici təkliflərin edildiyi barədə informasiyalar yer almışdı.

Belə görünür, Rusiya Azərbaycanı daha böyük gərginlikdə saxlamaq üçün bu yöndə müəyyən addımlar atmağa qərar verib. Doğrudur, bir çox təhlilçilərə, o sırada Azərbaycana münasibətdə hətta aqressiv mövqedə dayanan rus ekspertlərinə görə, hazırda Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi real deyil. Moskva heç bir səbəb olmadan Azərbaycanla, Türkiyə ilə bütün körpüləri yandırmaq istəməz.

Ancaq Kremlin danışan dillərindən sayılan LDPR lideri Vladimuir Jirinovskinin “postsovet məkanındakı bütün separatçı qurumlar gec-tez Rusiyaya birləşdiriləcək” kimi vaxtaşırı səsləndirdiyi avantürist bəyanatları, habelə son olaraq Bakıda Rusiya səfirliyi tərəfindən “Georgiyev lent”lərinin paylanması faktını da qulaqardı eləmək olmur.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə birbaşa və yeni təhlükə olan bu addımlara, bəyanat və açıqlamalara qarşı rəsmi Bakının, nəhayət, hərəkətə keçməsinin vaxtı çatıb. Ən azı yayılan xəbərlərə Xarici İşlər Nazirliyimiz səviyyəsində Rusiya dövlətindən izah istənilə bilər./musavat/
1571 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı