Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2014

Pakistanda bin Ladenin adına kitabxana

Paytaxt İslamabad məktəblərinin birində müəllim tanınmış terrorçunun adını bu cür orijinal üsulla əbədiləşdirib

İnterAz-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Pakistanın paytaxtı İslamabad şəhərində fəaliyyət göstərən məktəblərinin birinin müəllimi 2011-ci ildə ABŞ hərbi-dəniz qüvvələrinin səyləri nəticəsində məhv edilən “Əl-Qaidə” beynəlxalq terror təşkilatının yaradıcısı Usamə bin Ladenin adını əbədiləşdirib.

Məktəb kitabxanasının adının dəyişdirilməsi ideyası adı Qırmızı məscid əhvalatı ilə bağlı hallanan imam Maulan Əbdül Əzizə məxsusdur: məscidi ziyarət edənlər 2007-ci ildə Pakistan qanunlarını qəbul etməkdən imtina edərək ölkədə şəriətin qüvvəyə minməsini elan etdilər. Nəticədə hakimiyyət ordu qüvvələrini məsələyə müdaxilə etməyə məcbur oldu və xüsusi əməliyyatın yekununa görə 100-dən artıq insan həlak olub.

Hal-hazırda isə Maulan Əbdül Əziz İslamabaddakı məktəblərin birinə baxır. “Associated Press” agentliyinin jurnalistləri onun təmsilçisi Tehsin Ullahla görüşüb və ondan belə bir məlumat alıblar ki, məktəbin kitabxanasının adını artıq dəyişdiriblər, çünki Əbdül Əziz Usamə bin Ladeni müqəddəs mübarizədə həlak olmuş şəhid hesab edir. Ona görə də Ullahın fikrincə, kitabxananın adının dəyişdirilməsi heç kimi təəccübləndirməməlidir.

Xatırladaq ki, “Əl-Qaidə” təşkilatı Pakistanın Pişəvər əyalətində 1988-ci ildə yaranıb. “Əl-Qaidə”nin Pakistandakı müttəfiq qruplaşmaların yaraqlıları bin Ladeni ABŞ xüsusi xidmət orqanlarından gözlədirmişlər.
1256 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP