Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2014

Azər Əsgərovu öldürmək planı

«Məni öldürüb şəxsiyyəti məlum olmayan bir kişi meyidi kimi basdırmaq istəyirdilər»

Əvvəlcə partladılıb sonra sökülən mülkün sahibi Azər Əsgərov bu plandan vaxtında xəbər tutub

“Mənim AXCP-yə icarəyə verdiyim qərargahın guya qəzalı olması barədə Fövqəladə Hallar Nazirliyinin qərarı qeyri-qanunidir. Bina tələm-tələsik sökülüb. Bütün materiallar Nərimanov Rayon Icra Hakimiyyəti tərəfindən daşınıb satılıb. Hansı hüquqi əsasla yenidən araşdırma və qiymətləndirmə aparılır? FHN əmlak komitəsi deyil ki, əmlakın dəyərləndirilməsi ilə məşğul olsun” - bunu “Azadlıq”a açıqlamasında AXCP-nin icarəyə götürdüyü və martın 3-də partladılaraq ertəsi gün sökülən mülkün sahibi Azər Əsgərov deyib.

Qeyd edək ki, Nərimanov Rayon Icra Hakimiyyətindən “Media forum”a deyiblər ki, Fövqəladə Hallar Nazirliyinin ekspert araşdırması davam edir: “Işlər başa çatandan sonra Azər Əsgərovun əmlakı qanunvericiliyin tələblərinə uyğun dəyərləndiriləcək, onun adına bank hesabı açılacaq, pul köçürüləcək. Məbləğdən razı qalacaq, ya yox, bu, sonrakı prosesdir. Vətəndaşın bundan sonra məhkəmə orqanlarına və digər aidiyyəti təşkilatlara müraciət etmək hüququ var”.

Azər Əsgərovun sözlərinə görə, onu öldürmək istəyirmişlər. Deyir ki, onu öldürüb meyidinin tanınmaz hala salınması haqda məlumat əldə edib: “Məni öldürüb şəxsiyyəti məlum olmayan bir kişi meyidi kimi basdırmaq istəyirdilər. Çünki şəxsiyyətimin məlum olması onlara qarşı yönələ bilərdi. Ancaq bu baş tutmadı. Bu barədə öncədən xəbər tutdum”.
1517 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:10
İki prezident Ru