Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2014

Dişlərə ziyan verən vərdişlər

Şirin saqqız - Bütün şəkərli qidalar, xüsusilə də daha uzun müddət çeynəndiyi üçün şirin saqqızlar dişlərin çürüməsinə səbəb olur.

Butulka qapağı açmaq - Dişlərinizlə şüşə qabların qapaqlarını açmayın. Bu yanlış vərdiş dişlərinizdə çatlar yarada bilər.

Energetik içkilər və meyvə suları - Energetik içkilər və meyvə sularının tərkibindəki şəkər və xeyli miqdarda vitamin diş minasına ziyandır. Buna görə də sıxılmış təzə meyvə suyu içmək daha məqsədəuyğundur.

Qələm çeynəmək - İş stressindən, ya da gərginlikdən qələmin başlarını çeynəmək dişlərə ciddi zərər verir.

Qəhvə və siqaret - Qəhvə içmək və siqaret çəkmək tədricən dişlərin rəngini dəyişməsinə və saralmasına səbəb olur. Siqaret kimi digər tütün məmulatları da dişlərinizdə ləkələnmə və diş əti xəstəliklərinin yaranmasına gətirib çıxarır. Tütündən istifadə, eyni zamanda, ağız xərçənginə yol aça bilər.

Tum çırtlamaq - Tum çırtlayarkən tumların qabıqları dişarası boşluqlara girərək diş və diş ətinə ziyan verə bilər.

Dişləri qıcamaq - Dişləri qıcamaq zamanla dişlərə ziyan verəcək ağrılara səbəb olur.

1580 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber