Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2014

Ukrayna güzəştə getdi

Ukrayna prezidenti səlahiyyətlərini icra edən, Ali Radanın sədri Aleksandr Turçinov Donetsk və Luqansk vilayət qubernator yerlərinə keçirilən seçkilərdə yerli əhali tərəfindən irəli sürüləcək namizədlərin legitimliyini tanıyacağına dair açıqlama verib.

A. Turçinov “Ukraina” televiziya kanalına müsahibəsində deyib ki, ölkənin cənub-şərq vilayət rəhbərlərinin səlahiyyətlərinin artırılması tələbləri müsbət cavablandırılacaq: “İndidən bildirirəm ki, Konstitusiyada bununla bağlı dəyişiklik edilməzdən əvvəl Donetsk və Luqansk vilayət qubernatorlarının səlahiyyətlərinin artırılmasını dəstəkləyirəm”.

O, adıçəkilən bölgələrdə baş verən hadisələri işarə edərək, vurğulayıb ki, yerli icra strukturlarının səlahiyyətlərinin artırılmasına nail olmaq üçün bu qurumları tutmağa, cinayət hərəkətləri etməyə lüzum yoxdur. Biz əvvəlcədən də vilayətlərin səlahiyyətlərinin artırılmasında maraqlıyıq. Bu əsasən büdcənin idarə edilməsi ilə bağlı olacaq”.
1508 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı