Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2014

200 hərbçi korrupsiya iddiası ilə Müdafiə Nazirliyinə müraciət etdi

“Bizə çatacaq vəsait mənimsənilib...”

“Bakının Müşfiqabad qəsəbəsinin yaxınlığında yerləşən N saylı hərbi hissədə hələ ötən ilin avqust ayında Bolqarıstana təlim keçmək üçün göndərilən 200 hərbiçiyə çatacaq 150 manat məbləğində pul verilməyib. Bununla bağlı hərbiçilər dəfələrlə hərbi hissənin rəhbərliyinə iradlarını bildirsələr də, nəticəsi olmayıb”.

Bu barədə musavat.com-a adlarının çəkilməsini istəməyən bir qrup zabit və gizir heyəti məlumat verib. Onların sözlərinə görə, bununla bağlı Müdafiə Nazirliyinə şikayət etməyə hazırlaşırlar.

Hərbi hissədəki vəzifəsindən ehtiyatlanan və adının çəkilməsini istəməyən gizir bildirdi ki, hətta Bolqarıstana gedərkən onların hər birindən aeroporta getmək üçün 3 manat pul yığılıb: “Avqust ayında hərbi hissədən 200 nəfərlik sülhməramlı gizir və zabit heyəti Bolqarıstana təlim keçmək üçün aparıldı. Hər hərbiçiyə 150 manat qayıtdıqdan sonra pul veriləcəyini dedilər. İndiyə qədər bu pul barədə bizə məlumat verilməyib. Hesablayanda 30 min manatdan yuxarı məbləğ edir. Dəfələrlə hərbi hissənin rəhbərliyi qarşısında məsələni qaldırsaq da, Müdafiə Nazirliyindən pul ayrılmadığını söyləyirlər. Yanvar ayına qədər dedilər ki, verəcəyik.

Sonra isə Müdafiə Nazirliyindəki dəyişiklikdən sonra deyirlər ki, sizin məsələ gündəmdə deyil. Bunlar bəhanələrdən başqa bir şey deyil. Bilirik ki, bu pullar dövlət tərəfindən ayrılsa da, hərbi hissə rəhbərliyi tərəfindən mənimsənilib. Bolqarıstanda qaldığımız 1 ay müddətində yatmaqdan əlavə yemək xərclərini demək olar ki, özümüz ödəmişik. Amma qol çəkən zaman görmüşük ki, bizə başqa yeyilən yeməklərə belə qol çəkdirirlər. Nə qədər susmaq olar? Hər şeyin bir həddi var”.

Adının hallanmasını istəməyən digər bir hərbiçi isə hərbi hissə daxilindəki özbaşınalıqlardan danışdı: “Elə bir vəziyyət yaranıb ki, aldığımız maaş 1 ay ərzində xərclərimizi ödəmir. Çünki hərbi hissədə avadanlıqlara dəyən ziyan bizim hesabımıza ödənilir. Halbuki bunlara dövlət tərəfindən pul ayrılır. Sadəcə, rəhbərlik tərəfindən mənimsənilir. Bahalı maşınlarla gəzmək insanlıq deyil. Axı biz də insanıq? Bizim də gələcəyimiz var. İnsanı elə həddə çatdırırlar ki, xidmət etdiyin orduya belə nifrət edirsən. Müdafiə Nazirliyinə müraciət edirik ki, məsələyə münasibət bildirsin. Əgər inanmaq istəmirlərsə, gəlib hərbi hissədə araşdırma apara bilərlər. Onda görəcəklər ki, nə zülmlər çəkirik”. /musavat/
1337 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 12:09