Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2014

Gəncədə ikinci Çernobıl faciəsi

Şəhərdə məskunlaşan kəlbəcərlilər kimya tullantılrından zəhərlənməkdədir

Gəncədə məskulaşan kəlbəcərlilər ikinci Çernobıl faciəsi ilə üz-üzədir. Bu barədə Moderator. az-ı Gəncədəki mənbə məlumatlandırıb. Mənbənin məlumatına görə, Gəncə Alüminium zavoduna bitişik ərazidə məskunlaşan kəlbəcərli köçkünlər ətrafdakı alüminium-boksit tullantılarından əziyyət çəkir:
“Bu il Gəncədə məskunlaşan Kəlbəcər və digər rayonlardan məcburi köçkün düşmüş 1500 ailə üçün yeni qəsəbə salındı. Yeni massiv əsası 1960-cı ildə qoyulmuş Gəncə Alminum zavodun ərazisinə bitişik bir yerdə inşa edildi. Gəncə Alüminium zavodunun tullantılarının zərərsizləşdirilməsi ilə bağlı tədbirlər planı hazırlansada, bu günə kimi heç bir tədbir görülmədi. Gəncə “Gil-torpaq” İstehsalat Sahəsində Daşkəsən rayonunun Zəylik mədənindən gətirilmiş alunit filizindən istifadə edilmiş və istehsalat prosesi zamanı il ərzində əmələ gələn 2 milyon ton şlamın yığılması məqsədilə müəssisənin ərazisində ümumi sahəsi 159 hektar olan 2 ədəd şlam hovuzu tikilərək istifadəyə verilib. Lakin illər keçdikcə müəssisənin fəaliyyətində yaranan bir sıra çətinliklər, o cümlədən alunit emalının ətraf mühiti çirkləndirməsi səbəbindən müəssisədə alunit filizinin emalı getdikcə azaldıldı, 1997-ci ildən isə tamamilə dayandırıldı. 1976-cı ildə müəssisədə istehsal gücü ildə 450 min ton boksit filizinin emalı xətti işə salınıb və xarici ölkələrdən (Qvineya və Hindistan) idxal olunan boksitin emalına başlanıb. Emal prosesi zamanı ildə 500 min tona qədər boksit şlamının əmələ gəldiyi nəzərə alınaraq müəssisə tərəfindən alunit şlamı hovuzlarının yanında sahəsi 82 hektar olan 3-cü hovuz hazırlanıb istifadəyə verilib. 1998-ci ildən isə müəssisə boksit şlamını 2-ci alunit hovuzunda yerləşdirməyə başlaıyıb. Hazırda müəssisənin alunit şlamı hovuzlarında, ümumilikdə 12 milyon 730 min ton alunit tullantı şlamı, boksit şlamı hovuzunda isə 8 milyon 843 min ton boksit tullantı şlamı yığılıb qalıb.2008-ci ildə dünyada baş verən maliyyə böhranı səbəbindən alüminium oksidinin dünya bazarında qiymətinin ucuzlaşması nəticəsində 2009-cu ildən gil-torpaq sexlərinin işi tamamilə dayandırılıb və bu günə qədər də fəaliyyət göstərmir.Azərbaycan Respublkası Nazirlər Kabinetinin tapşırığına uyğun olaraq Gəncə “Gil-torpaq” İstehsalat Sahəsinin fəaliyyəti nəticəsində əmələ gəlmiş alunit və boksit tullantılarının ətraf mühitə zərərli təsirinin aradan qaldırılması ilə bağlı Kompleks Tədbirlər Planının layihəsinin hazırlanması üçün Fövqəladə Hallar, Sənaye və Energetika, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, həmçinin, “Azəralüminium” ASC-nin, Cəncə “Gil-torpaq” İstehsalat Sahəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələrindən ibarət tərkibdə Fövqəladə Hallar Nazirliyində işçi qrup yaradılıb. İşçi qrup tərəfindən Gəncə “Gil-torpaq” İstehsalat Sahəsinin fəaliyyəti nəticəsində əmələ gəlmiş alunit və boksit tullantılarının ətraf mühitə zərərli təsirinin azaldılması və aradan qaldırılmasına dair Kompleks Tədbirlər Planı hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Amma buna baxmayaraq ərazisi kimiyəvi tullantılar olan ekoloji fəlakət zonasına 1500 köçkün ailəsi yerləşdirlib. Adıçəkilən ərazidə əhalisi 500 minə yaxın olan Gəncə şəhərinin əhalisinin zibil tullantılarından tutdun sənayə tullantılarını həmin yerdə yandırılır. Yanma zamanı əmələ gələn üfünətli iy köçkün ailələrin həyat sağlamlığına böyük bir zərbə vurur. Sonda Kəlbəcər köçkünləri Əli Həsənov cənablarından xahiş edirlər ki, Gəncə şəhərinin zibil poleqonun yeri dəyişdirilsin. Dövlətin Köçkünlərə etimadını Əlli Həsənov Çernobil faciəsinə çevirdi”./moderator/

Məskənə bax, məkana bax,
Sanki tapılmadı torpaq
Dərdin, qəmin qalaq-qalaq
Bəd qurulan bünövrəsi
Ay, Çernobil qəsəbəsi.

Tüstü çıxır asimana
Seyr edirik yana-yana
Niyə susduq qana-qana
Köləliyin nişanəsi
Ay Çernobil qəsəbəsi.

Görəsən niyə düşdük qəsdə
Mən deyirəm bunu pəsdə
Çoxunu edəcək xəsdə
Aliminumun tozu, hisi
Ay,Çernobil qəsəbəsi.

İşdah qaçdı nuş olmadı
Yaşamağa xoş olmadı
Bir ağıllı baş olmadı
Ucalmadı haqqın səsi
Ay Çernobil qəsəbəsi.

Başımıza külmü oldu
Asancana ölüm oldu
Uşaqlara zülüm oldu
Böyüklərin faciəsi
Ay Çernobil qəsəbəsi
2453 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 10:42