Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2014

Rauf Mirqədirov ermənilərlə iş birliyində günahlandırılır

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib.

Onun sözlərinə görə, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin hökmü ilə həbs qətimkan tədbiri seçilib.

APA-nın əldə etdiyi məlumata görə, R. Mirqədirov ermənilərlə iş birliyində günahlandırılır. Onun Azərbaycan dövlətinin məlumatı olmadan Ermənistana səfər etdiyi və ölkədə bir sıra görüşlər keçirdiyi bildirilir.

Hüquq müdafiəçisi E. Behbudov isə Azərbaycan və Ermənistan arasında danışıqlar aparmaq səlahiyyətinin yalnız ölkə başçısına məxsus olduğunu deyib: “Bilirsiniz ki, ermənilər Azərbaycanın 20 faiz torpağını işğal edib və ölkələr arasında müharibə hələ bitməyib. Belə olan şəraitdə iki dövlət arasında danışıqları yalnız ölkə başçıları apara bilər”.

E. Behbudov yaxın günlərdə R. Mirqədirovla görüşəcəyini deyib./apa/
1640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
23.05.17, 07:55