Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2014

Hərbçi ilə polisin maşınları toqquşdu: yaralılar var

Bərdə rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnə yol qəzası baş verib.

Rayon ərazisində Milli Ordunun hərbçisi, Xudaverdiyev Ceyhun Allahverdi oğlunun idarə etdiyi “VAZ 2106” ilə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı, Salahov Fərman Şamil oğlunun sürdüyü “Mercedes” toqquşub. Nəticədə hər iki sürücü, eləcə də “VAZ 2106”da olan 2 sərnişin - Ələsgərov Bəxtiyar Məzahir oğlu və Ələsgərov Səbuhi Mürşüd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər./lentaz/
1435 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP