Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2014

Rusiyada naməlum şəxslər bank filialına daxil olaraq insanları girov götürüblər

Rusiyada naməlum silahlı şəxslər bank filialını ələ keçiriblər.

Hadisə Belqorod şəhərində baş verib.

Naməlum şəxslərin hədəf seçdiyi bank bu günlərdə lisenziyası ləğv olunmuş “Qərb” bankıdır.

Hücum baş verən an bankda əməkdaşlar və müştərilər olub. 10-dək adamın girov götürüldüyü bildirilir.

Məlumatlara görə, bank filialını ələ keçirmiş şəxslər 25 milyon rubl tələb edirlər. Onlarla danışıqlar aparılır.
1454 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber