Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

Milli Qəhrəmanın polis oğlu ağır yaralandı

Bakıda yol qəzası: Milli Qəhrəmanın polis oğlu ağır yaralandı - Foto

Bakının Nərimanov rayonunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Qəza Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki dairədə baş verib.

Paşayeva Asya Namiq qızının idarə etdiyi "KİA" markalı avtomobil Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən dairədən prospektə dönmək istəyən "Lexus" markalı maşınla toqquşub. Qəza nəticəsində dörd nəfər xəsarət alıb.

Onlardan "KİA"nın sürücüsü Paşayeva Asya Namiq qızı, eləcə də, "Lexus"un sürücüsü, 35 yaşlı Şükürov Sənan Şahlar oğlu və sərnişin, 36 yaşlı Sarıyev Elxan Çingiz oğlu Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Digər yaralının isə xəsarətləri yüngül olduğundan, ona hadisə yerində ilkin tibbi yardım göstərilib.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, Sənan Şükürovun vəziyyəti ağırdır.

Qeyd edək ki, Sənan Şükürov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin kapitanıdır. O, Milli Qəhrəman Şahlar Şükürovun oğlu, Kəlbəcər rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əvəz Şükürovun nəvəsidir.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsində verilən məlumata görə, Sənan Şükürov təhqiqatçı vəzifəsində çalışır./apa/
1509 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24
Putindən