Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

Cənubi Koreya gəmisində ölənlərin sayı 104-ə çatıb

Hələlik 198 nəfər itkin hesab edilir

Cənubi Koreyanın Cedju adası yaxınlığında bərə gəmisinin batması nəticəsində ölənlərin sayı 104-ə çatıb. Bir qədər əvvəl xilasedicilər sudan daha bir neçə nəfərin meydini tapıblar. Sahil təhlükəsizlik xidmətindən verilən məlumata görə, tapılan meyidlərin kimliyini müəyyənləşdirmək məqsədilə xüsusi ekspert qrupu işə cəlb olunub. Dalğıclar isə, qalan meyidləri çıxarmaq üçün axtarış əməliyyatlarına davam edirlər. Hələlik 198 nəfər itkin hesab edilir.

Rəsmilər axtarış əməliyyatlarının azı 2 ay çəkəcəyini məruzə ediblər. Güclü sualtı axınlar və görmə məsafəsinin az olması buna səbəb kimi göstərilir.

Ötən çərşənbə günü baş verən qəza zamanı gəmidə ekipaj üzvləri ilə yanaşı 476 nəfər olub. Onlardan cəmi 174-ü xilas ola bilib. Qəzada sərnişinlərin əksəriyyətini yerli adaya ekskursiyada iştirak edən məktəb tələbələri təşkil edib.

Bərənin kapitanı qəzada təqsirli bilinərək həbs edilib./bbs/
1396 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...