Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

ABŞ Ukraynaya 5 milyard dollar xərclədiyini etiraf etdi

“Bu pullar Ukrayna xalqının güclü, demokratik hakimiyyətə olan ümidlərini dəstəkləməyə xərclənib”
1991-ci ildə Sovet imperiyasının dağılmasından bəri ABŞ Ukraynaya 5 milyarda yaxın pul xərcləyib. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avsasiya üzrə köməkçisi Viktoriya Nuland CNN telekanalına müsahibəsində bildirib.

“Bu pullar onların da marağında olan Ukrayna xalqının güclü, demokratik hakimiyyətə olan ümidlərini dəstəkləməyə xərclənib” - deyə Nuland bildirib. Bununla yanaşı dövlət katibinin köməkçisi qeyd edib ki, vəsait Maydanın təşkilinə xərclənməyib.

Onun sözlərinə görə, hazırki Ukrayna hökuməti onların qarşısında dayanan iki əsas tapşırığın öhdəsindən əla gəlir. Birinci tapşırıq Beynəlxalq Valyuta Fondu ilə münasibətlər qurmaq və antikorrupsiya islahatı aparmaq, ikinci tapşırıq, ölkədə azad və ədalətli seçkilər keçirməkdir. Bununla yanaşı Nuland bildirib ki, Ukraynanın şərqindəki vəziyyəti nəzərə alaraq Ukrayna seçkilərin dinc şəraitdə keçirilməsini təmin etməlidir./ans/
1529 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber