Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

ABŞ Putinə sanksiya tətbiq etməyi hələki düşünmür

Bunu ABŞ dövlət departamentinin nümayəndəsi Cen Psaki deyib
ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya prezidentinə sanksiya tətbiq etməyi hələki nəzərdən keçirmir. Bunu ABŞ dövlət departamentinin nümayəndəsi Cen Psaki deyib.

"ABŞ ayrı-ayrı insanlara olduğu kimi, şirkətlər və iqtisadiyyatın müxtəlif sektorlarına da sanksiya tətbiq edə bilər. Amma məqsəd sanksiyalar deyil, eskalasiyadır. Məmurların siyahısı nəzərdən keçirilir. Hətta prezident Putini müzakirə etməzdən əvvəl, daha çox sanksiyalar tətbiq oluna bilər” - deyə Psaki “Tvitter”dən “Exo Moskva” radisuna müsahibəsində qeyd edib.

Dövlət departamentinin nümayəndəsi həm də qeyd edib ki, Vaşinqton Moskvanın Ukraynanın cənub-şərqindəkı vəziyyətlərə müdaxilə etməməsi haqqındakı bəyanatlarına inanmır və Rusiyaya tətbiq edilən sanksiyaların təsir qüvvəsinə əmindir.

Keçən həftə dördtərəfli danışıqlarda iştirakçılar Ukraynada vəziyyətin nizamlanması ilə bağlı "gərginliyin azaldılması üçün konkret addımlar" birgə bəyanatlar qəbul edib.
Xüsusilə, tərəflər Ukrayna ərazisində qeyri-qanuni silahlı birləşmələri onları tərksilah etmək və işğal olunmuş binanı azad etmək haqqında razılaşıb.
1557 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP