Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

55 “Əl-Qaidə” döyüşçüsü məhv edildi

3 gün əvvəl isə "Əl-qaidə"nin 13 döyüşçüsü həlak edilmişdi
Yəməndə "əl-Qaidə" terror təşkilatının 55 üzvünü məhv edilib.

Ərəb KİV-i öldürülən qruplaşma üzvlərindən ən azı 3-nün Yəmən şöbəsinin rəhbər şəxsləri olduğunu açıqlayıb.

Əməliyyat "Əl-Qaidə"nin Yəmənin cənubundakı Abyan əyalətində yerləşən bazalarında həyata keçirilib. Öldürülən 55 nəfər arasında döyüşçülər və onların yerli lideri də olub.

Qeyd edək ki, aprelin 20-dən bəri Yəməndə ABŞ-la birgə terrora qarşı əməliyyatın bir hissəsi olan hava reydləri keçirilir. 3 gün əvvəl isə keçirilən əməliyyat nəticəsində "Əl-qaidə"nin 13 döyüşçüsü həlak edilmişdi.
1646 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber