Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

Kerri və Lavrov arasında telefon danışığı olub

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Con Kerri arasında növbəti telefon danışığı baş tutub.

BBC News-un verdiyi xəbərə görə, nazirlər Cenevrə razılaşması çərçivəsində Ukraynada gərginliyin azaldılması üçün bir-birilərini konkret addımlar atmağa çağırıblar.

“Ukraynada rusiyameylli qüvvələr tərəfindən zəbt edilən inzibati binalar azad edilməli və bütün məsələlər siyasi yolla həll olunmalıdır”, - deyə Kerri bildirib.

Öz növbəsində, S.Lavrov Ukraynanın Cenevrə razılaşmasına tezliklə və tam şəkildə əməl etməsinin vacibliyini vurğulayıb.

S.Lavrov və C.Kerri Ukrayna ilə bağlı yaranmış vəziyyəti tənzimləmək məqsədilə birgə səyləri davam etdirmək niyyətində olduqlarını bildiriblər.

Xatırladaq ki, ötən həftə ABŞ, Rusiya, Avropa Birliyi və Ukrayna XİN rəhbərləri Cenevrədə Ukraynadakı böhranın həlli istiqamətində konkret addımlara dair bəyanat qəbul ediblər.
1582 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber