Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2013

Polislər əlində oyuncaq avtomat olan 13 yaşlı oğlanı güllələdilər

Onlar yeniyetmənin əlindəki oyuncaq avtomatı gerçək silah zənn edərək atəş açıblar
Amerikanın Kaliforniya ştatında polislər əlində oyuncaq avtomat tutan 13 yaşlı oğlanı güllələyib. Ans-in İA Novosti-yə istinadən verdiyi məlumata görə, onlar yeniyetmənin əlindəki oyuncaq avtomatı gerçək silah zənn edərək atəş açıblar.

Asayiş keşikçilərinin təmsilçisi mətbuata açıqlamasında bildirib ki, oktyabrın 23-də 2 polis əlində avtomat silahı tutan bir oğlanı görüb. Onlar yeniyetmədən silahı yerə qoymağı tələb ediblər. Ancaq onun əmrə tabel olmasını gözləmədən atəş açıblar. Aldığı güllə yarasında yeniyetmə yerindəcə keçinib.

Öldürülən oğlanın atası Rodriqo Lopes oğlu Endinin əlində oyuncaq avtomat olduğunu deyib.
1727 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber