Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

“Britaniya xristian ölkəsidir” sözü Kameronun başını ağrıdacaq

Böyük Britaniyanın baş naziri Devid Kemeron ölkədə ictimai qınaq hədəfinə çevrilib

Böyük Britaniyanın baş naziri Devid Kemeron ölkədə ictimai qınaq hədəfinə çevrilib. Kemeronun Britaniyanı xristian ölkəsi adlandırması ona qarşı mənfi fikirlərin səsləndirilməsinə səbəb olub. Dövlət rəsmiləri Britaniyada insanlarin təkcə xristian dininə deyil, müxtəlif dinlərə ibadət etdiklərini bildiriblər.

Tənqidçilər arasında yazıçılar, diplomatlar, Nobel mükafatçıları və dramatist kimi 50-yə yaxın dövlət xadimi olub. Tənqidçilər Kemeronun bu mövqeyini bölücülük kimi şərh ediblər və bu fikirlərin cəmiyyət arasında mənfi təsir bağışlayacağını vurğulayıblar.

“Biz geniş perspektivi olan, əskəriyyət etibarilə qeyri-dini bir cəmiyyətik. Mütəmadi olaraq bunun əksini iddia etmək ölkəni parçalamaq deməkdir. Xristianlar bizim cəmiyyətin əksəriyyətini təşkil edirlər, lakin onların cəmiyyətimizdə rolunu fərdiləşdirmək doğru deyil” - deyə tənqidçilərin ümumi məqaləsində qeyd olunur.
1896 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi