Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

Qocalardan ibarət Gənclər Nazirliyi...

Dövlətin bölgələrdə, ayrı-ayrı rayonlarda gənclər siyasətini həyata keçirən və bu işə bir başa nəzarət edən Gənclər və İdman İdarələri ilə bağlı maraqlı məqam ortaya çıxıb. Gənclər və İdman İdarələrinə rəhbərlik edən şəxslərin əksəriyyəti orta və yaşlı nəslin nümayəndələridir. Onlar içərisində hətta 60 yaşı keçənlər də var.

Bütün sahələrdə gənc kadrların önə çəkildiyi bir vaxtda gənclərlə bir başa bağlılığı olan, gəncləri istiqamətləndirmək, yetişdirmək kimi missiyaları həyata keçirməli olan bir Nazirlik yerlərdəki idarələrə nədən gəncləri rəhbər vəzifəyə təyin etmir? Bu suala cavab kimi, yaşlı insanların, təcrübə və məsuliyyət baxımından daha faydalı ola biləcəyini söyləmək olar.

Amma bu halda başqa bir sual meydana çıxır: 1994-cü ildən yaradılan Gənclər və İdman Nazirliyi bu günədək "Gənclər siyasəti”ni həyata keçirən bir qurum kimi heç olmasa öz nəzarətindəki İdarələrə rəhbərlik edə biləcək bir gənc yetişdirə bilmədimi? Onda gənclərimizin milli-mənəvi dəyərlərimizə, millətimizə, dövlətimizə sədaqət ruhunda tərbiyə olunması istiqamətində apardığı işin nəticəsi nədir? Bu adlar altında həyata keçirilən layihələr nəyə lazımdır? Əslində bu layihələrin tamailə əhəmiyyətsiz olmasına israr etmirik. Ümid edirik ki, bu istiqamətdə görülən işlərin nəticələri var. Amma əgər belədirsə, onda niyə həmin gənclər bu qurumun rəhbər strukturunda yer almır?

Fikrimizcə, məsələnin mahiyyətini başqa yerdə axtarmaq lazımdır. Hal-hazırda bu idarələrə rəhbərlik edən insanların əksəriyyəti böyük məktəb keçmiş təcrübəli, səriştəli, məsuliyyətli kadrlardır. Hələ vaxtı ilə Əbülfəz Qarayev Gənclər İdman və Turizm naziri olarkən dəfələrlə rəislərin yaş hədlərinin ötdüyünü vurğuladığının şahidi olmuşduq, amma rəislərdən cəmi bir neçəsi hər hansı bir işlə təmin olunaraq, əvəzləndi. Digərləri isə hələ də nəyisə gözləyir və yəqində ki, düz eləyirlər. Çünki, ömürlərinin böyük bir hissəsini dövlət qulluğunun bu sahəsinə sərf edən insanlar kimi başqa qurumlarda təmsil olunub, dövlətə qulluq etmək istəyirlər. Yəqin ki, Nazirliyin bu rəislərin dövlətimiz qarşısında xidmətlərini nəzərə alaraq, onlara sahib çıxıb bu fəaliyyətlərini öz yaşlarına uyğun sahələrdə davam etdirmələrinə dəstək verməsi vaxtıdır. Sovetlər dönəmində belə bir film var idi "Döyüşə ancaq qocalar gedir”. Bugünkü gənclik yəqin ki, o filmi izləməyib. Adından başa düşmək olar ki, döyüşə ancaq qocalar gedir, amma bu əsla belə deyil. Sadəcə filmin personajları öz məsuliyyətləri, təcrübələri, bir sözlə işlərinin sahibi olduqlarından "qoca” adlanırlar. Azərbaycan əhalisinin 33%-ini gənclərin təşkil etdiyini nəzərə alsaq, yəqin ki, onlar arasında da belə "qocaların” mövcudluğu heç şübhə doğurmur./etatist/
1552 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı