Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

“Ən-Nusra Cəbhəsi”dən “İraq Şam İslam Dövləti”nə qarşı kamikadze əməliyyatı

“Ən-Nusra Cəbhəsi”nin keçirdiyi kamikadze əməliyyatında “DAİŞ”in onlarla üzvü ölüb və yaralanıb

Suriyanın əl-Həsəkə əyaləti ərazisində radikal “ən-Nusra Cəbhəsi” qruplaşması digər qruplaşma “İraq Şam İslam Dövləti”nə (DAİŞ) qarşı mühüm kamikadze əməliyyatı həyata keçirib. İnterAz-ın əl-Məyadinə istinadla verdiyi xəbərə görə, “ən-Nusra Cəbhəsi”nin keçirdiyi kamikadze əməliyyatında “DAİŞ”in onlarla üzvü ölüb və yaralanıb.

Məlumata əsasən, “DAİŞ”in Həsəkə əyalətindəki lideri liviyalı Əbul-Bərra əl-Libi də bu kamikadze əməliyyatında öldürülüb.

Qeyd edək ki, sözügedən iki qruplaşma Suriya müxalifətinin tərkibində olan ən radikal və təhlükəli iki təşkilatdır. “DAİŞ”lə müxalifətin digər müxtəlif qruplaşmaları arasındakı qarşıdurmalar ötən ilin avqust ayından etibarən başlayıb. Sözügedən qarşıdurmalar nəticəsində tərəflərin itkiləri 5 mindən artıqdır.
1544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber