Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

Orxan Zeynalov təcridxanada gürcü “qanuni oğrusu” ilə savaşıb

Həbsdə olan Orxan Zeynalov təcridxanada gürcü “qanuni oğrusu” ilə savaşıb
Qətldə günahlandırılan soydaşımızı gürcü “oğrusu” Miron Qorqidze ilə savaşdıqdan sonra kartserdə gizlədiblər

İnterAz-ın Lifenews-a istinadən verdiyi xəbərə görə, “Matrosskaya tişina” təcridxanasında məhkəməsini gözləyən 30 yaşlı Orxan Zeynalov 61 yaşlı gürcü kriminal “avtoritetlə” mübahisə edib.

Miron Qorqidze biləndə ki, Orxan onunla kamerada olanlara bütün bu dövr ərzində yalan danışıb, onu tənbeh edib. Azərbaycanlı məhbus kamera “yoldaşlarına” danışırmış ki, guya onu saxlayarkən polislər özbaşınalığa yol verib. Sonradan isə məlum olub ki, Zeynalov özü polis əməkdaşlarının üstünə atılır və onları təhqir edirmiş.

Bununla bağlı Miron onu tənbeh edib, Orxan isə buna məhəl qoymayıb, gürcü “qanuni oğrusu” ilə bundan qəzəblənib. İndi isə oğru qanunlarına tabe olmamasına görə Orxan kameradan çıxdıqda döyülməlidir. Onun təhlükəsizliyi məqsədilə təcridxana əməkdaşları Orxan Zeynalovu kartserdə gizlədiblər.

Miron Qorqidze ötən ilin iyulun 20-dən həbsdə saxlanılır – o Moskvada heroinlə saxlanılıb. Kriminal “karyerasının” uğurlu başlanğıcına baxmayaraq Miron narkotiklərə alışması səbəbindən “oğru” adına layiq olmayan hərəkətlərə yol verdiyindən kriminal dairələrdə gözdən düşüb. O başqa gürcü “oğrusunun” dəfn mərasimində “həmkarları” tərəfindən döyülüb və dəstəyi və hörməti tam itirib.
1679 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 19:30