Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

"Məqsəd məni həbs etməkdir”

Xəbər verdiyimiz kimi, bu gün Baş Prokurorluq jurnalist Rauf Mirqədirovun həbsi ilə bağlı rəsmi məlumat yayıb. Bununla bağlı mətbuat konfransı keçirən vəkil Fuad Ağayev bildirib ki, ittihamda Laura Baqdasaryan adlı şəxsin və daha bir nəfərin adı keçir. Həmin Laura Baqdasaryanla 2001-ci ildə hüquq müdafiəçisi Leyla Yunusun layihəsi olub, 2005-ci ildə birgə internet jurnal buraxıblar.

İttihamlarla bağlı Deyerler.org-a açıqlama verən hüquq müdafiəçisi Leyla Yunus bildirib ki, Rauf Mirqədirovun həbsinin məqsədi məhz onu həbs etməkdir: “Rauf Mirqədirovun həbsinin əsas məqsədi məni həbs etməkdir. Bu dəqiqdir və bu mənim üçün aydın məsələdir”.

Leyla Yunus həmçinin bildirib ki, o, bu gün və ya sabah həbs olunacağını gözləyir: “Hökumət Rauf Mirqədirovu ona görə həbs edib ki, birincisi Leyla Yunusu erməni casusu kimi həbs etsin. Eyni zamanda məqsəd budur ki, artıq bundan sonra heç kəs mövcud hakimiyyəti tənqid etməsin. Prezident Brüsseldə bəyan edir ki, ölkədə siyasi məhbus yoxdur, biz onların siyahısını çap edirik.
Eyni zamanda bu hakimiyyət istəyir ki, heç kəsin ermənilərlə hər hansı müstəqil iş görmək ağlına gəlməsin. Rauf Mirqədirovun həbsinin məqsədi məhz budur. Ona görə də mən bu gün və ya sabah həbs olunacağımı gözləyirəm”.
1491 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı