Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

Axundzadə Rufulladan Avropa Şurasının Bakı nümayəndəliyinə müraciət

Avropa Şurasının Bakı nümayəndəliyinə
15 saylı cəzaçəkmə müəssisəsində məhkum
Axundzadə Rufulla Höccət oglu tərəfindən

Müraciət.

Sizlər Bakıda nə işlə məşgul olduğunuz təkcə ağalarınıza verdiyiniz hesabatda öz əksini tapmadadır. Mən bu üç il üç ay müddətində nə Kürdəxanı istintaq təcridxanasında, nə məhkəmələrdə, nə də 15 saylı cəza çəkmə müəssisəsində Sizin bir nümayəndənizlə belə rastlaşmamışam. Hansı ki, mənim adım əksər insan hüquq və azadlıqları müdafiəçilərinin (qeyri hökumət təşkilatları) Sizlərə təqdim etdiyi siyasi məhbus və ya vicdan məhbusları siyahısında olmaqla və eləcə də Avropa İnsan hüquqları Məhkəməsinin (Strasburq) yaxın vaxtlarda baxacağı iş də sübut edir ki, Sizlərin məqsədi Azərbaycan kimi podsovet ölkələrində demokratiyaya addımlatdırmaq deyil, Ağalarınızın tapşırığı ilə Ölkə daxilinə bu və ya başqa yöndə sirayət edib Ölkə hakimiyyətini fakt qarşısında qoymaqla özünüzdən, Ağalarınızdan asılı etmək məram məqsədinizdir. Sizlərə heç də Azərbaycandakı korrupsiya rüşvətxorluq, məmur özbaşınalığı, qanunların işləməməsi məhkəmələrin sifarişlə hökm çıxarması işgəncə altında dindirmələr və digər neqativ hallar maraqlı deyil. Bunu özünüz də ayrı-ayrı vaxtlarda dolayısı ilə məlum etmisiniz. Bütün söylədiklərimi və ya qeyd etmədiklərimi lakin özünüz də yaxşı bildiklərinizi ona görə Sizlərə anlatmağa çalışıram ki, Sizlər yaxşıya doğru dəyişəsiniz. Yəni xislətinizi 180 dərəcə döndərəsiniz. Birinci ona görə bunları yazıram ki, həm Siz, həm də bütün Dünya bilsin ki, biz heç də Sizin düşündüyünüz kimi sadəlövh deyilik. Kimin kim olduğu bizlərə ən azından Şiə, müsəlman, dindar, mömin və Ruhanilərə məlumdur. İkincisi də prosedur qaydasına görə Azərbaycan Məhkəmələrinin hökmündən Avropa insan hüquqları Məhkəməsinə müraciət edildiyindən bizim vəkillərimiz də şikayətləri Strasburqa məlum instansiyaya təqdim ediblər. Onlar yəni Avropa İnsan hüquqları məhkəmə hakimləri isə əksər hallarda islamçıları terrorçu, qaniçən, insanlıqdan çıxmış banda, yəni Amerikanın Fransanın Şərqdə yetişdirdiyi terrorçular, uşaq qoca qadın qanına susayanlar kimi tanımadadırlar. Lakin yaxşı bilirsiniz ki, Şiə, özü də “Cəfəri”məzhəbli bizlər nə ki insana, hətta günahı olmayan, ziyan verməyən heyvana belə təcavüzü Allah Təalanın hökmü-fərmanının əksi bilirik.

Şəxsən mən Sizlərin, biz dindar müsəlman hicaba qadağaya etiraza görə həbs olunmuşların heç bir cinayəti olmadığını sadə formada aşkara çıxararaq bəraət hökmü çıxaracağınıza şübhə ilə yanaşmadayam. Bu Sizlərin Xisləti xarakteridir. Çunki Ştrasser Azərbaycandakı siyasi durum və eləcə də siyasi dustaqların siyahısını təqdim etməklə AŞPA -nın üzvlərinin (əsasən İspaniya İtaliya Rusiya və Türkiyə nümayəndələrinin hamısı) əksinə səs verməsi və bunun əsl səbəbinin bu günə kimi aşkara çıxarılmaması Sizlərin nə qədər demokratik olduğunuzu və biz müsəlmanlara olan əsl xislətinizi bəyan etdi.

Rusiya -Amerika və Fransa ATƏT tərkibində BMT -in 4 qətnaməsi ola-ola bu günə kimi yəni 20 il vaxt kəsiyində Qarabağın əsl sahiblərini qaçqın köçkün vəziyyətində qoymaqla Ermənilərin himayəçilərinə çevrildikləri, İrəvanı, Göyçəni, Zəngəzuru, Borçalını Dəmir qapı dərbəndi unutduran siyasətiniz davam etmədədir.

Lakin yaddan çıxartmayın indi nə 18 nə də 19-20-ci əsr deyil. İndi ki 21-ci əsrdir. Və Dünya Sülh və Azadlıq sevər xalqlar oyanıb elə Avropa xalqları da daxil olmaqla Sizlərin Ağalarınızın rejimləri çökmədədir. Və Sizlərə də məsləhət bilirəm millətindən asılı olmayaraq Fransız, Alman, Rus, İspan, İtalyan, Polyak, Türk, İngilis, İsveç , Slavyan xalqlarının əsl ziyalı və demokrat dini və məzhəbindən asılı olmayanlara qoşulun və Dünyada Sülhsevər və əsl demokrat olun!!!
2103 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber