Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2013

Rus kəşfiyyatı Türkiyəyə “Həyәcan” yaşatdı

F-16 Rusiya İl-20-ni səmada 2 saat izlədi

Oktyabrın 22-si Türkiyə saatı ilə 16:37-19:05 radələrində Rusiyaya aid “İL-20” tipli hərbi təyyarə Qaradənizdə, Türkiyə-Gürcüstan sərhəd bölgəsindən Türkiyə-Bolqarıstan sərhədinə qədər kəşfiyyat uçuşu edib.
“Axar.az”ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya hərbi təyyarəsinin Ankara hava ərazisinin pozuntusunun qarşısını almaq məqsədiylə Türkiyə Hava Qüvvələri Komandirliyinə aid 2 ədəd F-16 təyyarəsinə “həyəcan” siqnalı verilib.
Göyə qalxan F-16-lar Rusiyaya aid hərbi təyyarəni Türkiyə-Bolqarıstan sərhədinə qədər izləyib. Təyyarə saat 21:05-də bölgədən uzaqlaşandan sonra Türkiyəyə aid F-16 təyyarələri geri qayıdıb. Məlumat üçün bildirək ki, İL-20 1968-ci ildən Sovetlər Birliyində kəşfiyyat təyyarəsi olaraq istifadə edilir.
Ötən əsrin sonlarından İL-20 təkmilləşdirilib və istifadəsi davametdirilib. İL-20-də yüksək keyfiyyətli “A-87P” fotoqraf cihazı, “Romb-4” irihəcmli dalğavuran, “İqla-1” radar cihazı, “Kvadrat-2” radio analizatoru ve “Vişnya” dinləmə cihazı var. İL-20 casus təyyarəsi 8 adam tutur. Rusiya mənbələrindən daxil olan məlumata görə, İl-20-nin Türkiyə üzərindəki kəşfiyyat uçuşu 2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiadası ilə bağlı ola bilər.
1446 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:24