Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

İran Azərbaycana 5 məhbus təhvil verəcək - Siyahı

İran 5 azərbaycanlı məhbusu ölkəmizə təhvil verəcək.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata əsasən, İran Azərbaycana bu ölkənin həbsxanalarında saxlanılan beş azərbaycanlı məhbusun təhvil verilməsinə hazır olduğunu bildirib və hazırda həmin məhbuslarla bağlı sənədlərin təqdim olunmasını gözləyir.

Azərbaycana təhvil veriləcək məhbuslardan 4-ü kişi, 1-i isə qadındır. Onlar Hüseynov Zamin Ramik oğlu, Əliyeva Nəzakət Əli qızı, Sultanov Səbuhi Yavər oğlu, Yusifov Firdus Sultan oğlu, Sultanov Taleh Əziz oğludur.

Həmin məhbusların hansı ittihamla İranda saxlanıldığı və neçə il azadlıqdan məhrum edildiyinə dair məlumat verilməyib.

C.Axundov bildirib ki, Azərbaycanda müxtəlif müddətə həbs cəzaları almış bu məhbuslar cəzalarının qalan hissəsini ölkələrində çəkmələri üçün İrana təhvil veriləcəklər.

Xatırladaq ki, bundan öncə Azərbaycanda saxlanılan 25 iranlı məhbus ölkələrinə qaytarılıb. İran isə öz növbəsində casusluqda ittiham olunan 2 azərbaycanlı məhbusu ölkəmizə qaytarıb /Trend/.
1362 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı