Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

ABŞ-ın hərbi gəmiləri Xəzər dənizinə buraxılmayacaq

Bununla bağlı Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransında layihə qəbul edilə bilər

Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransında Xəzər dənizinin hüquqi statusu haqda Konvensiya layihəsinin müzakirəyə çıxarılması planlaşdırılır.

Layihədə Xəzər dənizində 3-cü dövlətin hərbi gücdən istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub. Bu barədə “Kommersant” qəzeti diplomatik mənbələrinə istinadən yazır.

Xəbərə görə, rəsmi Moskva qeyd edilən məsələ ilə bağlı digər Xəzəryanı ölkələrinin nümayəndələrini razı sala bilib.

“Rusiya nümayəndəsi deyib ki, Xəzərin hüquqi statusu ilə bağlı regionda olmayan digər dövlətlər heç bir müdaxilə edə bilməz. Ehtimal olunur ki, burada söhbət 3-cü dövlətin Xəzər dənizində hərbi gücdən istifadəsinin qarşısını almaqdan gedir. Rusiya bunu birinci növbədə ABŞ-ın regionda nüfuzunu azaltmaq üçün edir”, deyə qəzet yazır.

Ehtimal olunur ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirləri Xəzər dənizinin hüquqi statusu haqda Konvensiya layihəsini konfrans zamanı paraflayacaq.

Qeyd edək ki, bu gün Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransı keçiriləcək. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov konfransda iştirak etmək üçün artıq Moskvadadır./ans/
1544 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber