Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

Çempionlar Liqasında yarımfinal həyəcanı

Bu axşam Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.

İlk oyun gününə bir qarşılaşma nəzərdə tutulub.

Madriddə baş tutacaq görüşdə "Atletiko" və "Çelsi" klubları üz-üzə gələcək. 1/4 finalda "Barselona"nı mübarizədən kənarlaşdıran "Land of Fire Azerbaijan" formalı komanda "Çelsi" ilə ilk oyunda qələbə qazanmağa çalışacaq. "Çelsi"nin buna nə dərəcədə imkan verəcəyi böyük maraq doğurur.

Qeyd edək ki, yarımfinalın digər oyunu "Real" (Madrid) - "Bavariya" oyunu isə sabah axşam keçiriləcək.

22 aprel

Çempionlar Liqası, yarımfinalın ilk oyunları

23:45. "Atletiko" (Madrid, İspaniya) - "Çelsi" (İngiltərə)



23 aprel

23:45. "Real" (Madrid, İspaniya) - "Bavariya" (Almaniya)
1715 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber