Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

Medvedev: "Rusiyanın miqrant işçilərə ehtiyacı var"

"Bu işlə məğul omaq isə artıq Federal Miqrasiya Xidmətinin və başqa hökümət qurumlarının öhdəsinə düşür"

"Rusiyaya əmək miqrantları lazımdır, ancaq gərək onlar Rusiyada yaşamağa adaptasiya olsunlar və öz vərdişlərini yerli camaata tətbiq etməsinlər". İnterAz-ın Rengum-a istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiyanın baş naziri Medvedev Dövlət Dumasında 2013-cü ilin hesabatında məruzə ilə çıxış edərkən deyib.

"Rusiya vətəndaşlarının maddi səviyyələrinin artması ilə əlaqədar aşağı kvalifikasiyalı işlərdə işləmək istəmirlər, ancaq ölkəyə işçi qüvvəsi də lazımdır" - deyə o qeyd edib ki, "Bu cür işlərdə işləmək üçün Rusiyaya gələn xarici vətəndaşlara ehtiyacımız var, amma gərək onlar da Rusiyada yaşamağa adaptasiya olsunlar. Onlar rusca danışmalıdırlar. Onlar bizim ənənələrə uyğunlaşmalı və öz vərdişlərini yerli camaata tətbiq etməməlidirlər. Bu işlə məğul omaq isə artıq Federal Miqrasiya Xidmətinin və başqa hökümət qurumlarının öhdəsinə düşür".
1267 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...