Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

Ərdoğandan çağırış: “1 May yürüşündən imtina edin“

İstanbulun Taksim meydanı 1 May yürüşünün keçirilməsi üçün yer deyil. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. Baş nazir bəyan edib ki, Taksim meydanında yürüş keçirməyi unutmaq lazımdır.

R.T.Ərdoğan həmçinin bildirib ki, hökumət 1 May yürüşü zamanı ölkədə vəziyyətin gərginləşməsində maraqlı deyil. Bir müddət əvvəl Türkiyənin daxili işlər naziri Əfqan Əla jurnalistlərə açıqlamasında bildirib ki, 1 May yürüşləri Taksim meydanında keçirilməyəcək: "Taksim meydanı hər hansı yürüşün keçirilməsi üçün uyğun yer deyil, bu səbəbdən də 1 May yürüşləri Taksimdə deyil, başqa yerlərdə keçirilsin".

Onun sözlərinə görə, kütləvi toplantılar keçirildiyi zaman bir çox şeylər, o cümlədən əhalinin təhlükəsizliyi nəzərə alınmalıdır. Türkiyənin əsas müxalifəti - Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün verdiyi açıqlamada qadağalara baxmayaraq, partiya tərəfdarlarının mayın 1-də İstanbuldakı Taksim meydanına toplaşacağını bildirib.
1598 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:11