Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

Polis zabitinin evində ət əməliyyatı

Canpolad Eyvazovun Quşçuluq massivində yerləşən həyətindən 300 kq mənşəyi məlum olmayan iylənmiş toyuq əti aşkarlanıb.

Əməliyyatı Abşeron rayon baytarlıq idarəsi həyata keçirib.

Məlumata görə, iylənmiş toyuq əti dönərxanalara ötürülürmüş.

Baytarlıq idarəsinin əməkdaşı Fəxrəddin Səmədov müxbirimizə bildirib ki, götürülmüş ət Baytarlıq İdarəsinin laborotoriyasına göndərilib, ekspertiza rəyindən sonra keyfiyyəti haqda dəqiq məlumat veriləcək.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Sialə Rüstəmova isə bildirib ki, bugünkü əməliyyat Balaxanı, Abşeron və Keşlədə baş tutmalı imiş:

“Tədbirlər nəticəsində Balaxanı kəndində 1,2 tona yaxın, Abşeron rayonunda isə 300 kq sümükdən ayrılmış, antisanitar vəziyyətdə olan hind quşu əti aşkarlanıb. İndi isə reyd üçün Keşləyə yola düşürük”.

Qonşuların verdiyi məlumata görə, Quşçuluq massivindəki həmin ev Yasamal rayon Polis şöbəsində işləyən bir polis zabitinə məxsusdur. Canpolad Eyvazov həmin evdə kirayədə yaşayır. Əməliyyat sırasında o, evdə olmayıb.

Xatırladaq ki, hadisə yerinə Abşeron Rayon Polis İdarəsi, Baytarlıq İdarəsinin əməkdaşları və rayon prokurorluğu cəlb olunub./axar/
1711 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...