Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

Şimali Koreya növbəti dəfə nüvə silahı sınağı keçirə bilər

Cənubi Koreyalı nazir dünyanı xəbərdar etdi

Şimali Koreya növbəti dəfə nüvə silahı sınağı keçirə bilər.

Cənubi Koreya mətbuatının bu barədə yazdığı xəbər dünya ölkələrini narahat etməyə başlayıb. Bu sınaq ABŞ prezidenti Barak Obamanın regiona səfəri zamanına təsadüf edə bilər.

Cənubi Koreyanın Müdafiə Nazirliyinin mətbuat xidməti verdiyi açıqlaması ilə dünyanı xəbərdar edib: "Şimali Koreyanın "Punggyeri" nüvə sınağı ərazisində həddən artıq intensivlik müşahidə olunur. Hərbçilər aramsız olaraq hərəkətdədir. Şimalı Koreya ya qəfil nüvə sınağı keçirməyi planlaşdırır, ya da sınaq keçirmək ərəfəsindədir.

Şimali Koreya bu vaxta qədər 2006 və 2009-cu illərdə üç nüvə silahı sınağı keçirib. ABŞ Dövlət Departamenti Koreya Xalq Demokratik Respublikasının fevral ayında keçirdiyi raket sınaqlarını "qıcıqlandırma adlandırıb və Pxenyana gələcək təhdidedici hərəkətlərdən yayınmağa çağırıb.
1535 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber