Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

"Rauf Mirqədirova qarşı ittihamlar "çox problemlidir""

Beynəlxalq qurumlar jurnalist Rauf Mirqədirovun "casusluq" və "dövlət sirri təşkil edən məlumatı" ötürməkdə ittiham olunmasına və həbsinə münasibət bildiriblər.

AŞ İnsan Haqları Komissarı Nils Muiznieks bu xəbəri "narahatlıqla" qarşıladığını, məsələnin "çox problemli" olduğunu BBC Azərbaycancaya bildirib.

"Bu, oxşar həbslər silsiləsinin son nümunəsidir", cənab Muiznieks deyib. "İlk dəfə deyil ki, Azərbaycan-Ermənistan münaqişəsində vətəndaş diplomatiyasında iştirak etməyə çalışan adam ... casusluqda ittiham olunur".

Məsələyə münasibət bildirən ABŞ-ın Azərbaycandakı səfirliyi həmçinin "narahatlığını" bildirib, AzadlıqRadiosu səfirliyin mətbuat xidmətindən sitat gətirir.

"Biz həmçinin Mirqədirovun Azərbaycan hökumətini tənqid edən yazıları, yaxud onun Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə yönəlik xalq diplomatiyası (Track II) cəhdlərində iştirakından dolayı həbs olunması iddialarına görə narahatıq".

Jurnalistlərin qorunması üzrə təşkilat CPJ (Committee to Protect Journalists) bəyanatında deyib ki, Azərbaycan "sürətlə Avrasiya regionunda jurnalistləri həbs etməkdə liderlərdən birinə çevrilir".

"Elə bil deporatsiya olunması az idi, Rauf Mirqədirov casusluqda ittiham olunur və həbs edilib", CPJ-dən Nina Ognianova deyib. "Biz Azərbaycan hakimiyyətini bu qondarma ittihamları ləğv etməyə, ölkə barədə müstəqil məlumat verənləri susdurmaq üçün qanundan istifadə etməyə son qoymağa çağırırıq".

Bazar ertəsi günü jurnalistin vəkili Fuad Ağayev jurnalistlərə açıqlamasında bildirib ki, cənab Mirqədirov 2008-2009-cu illərdə Azərbaycandakı "hərbi vəziyyət barədə" Ermənistana məlumat ötürməkdə şübhəli bilinir.

Vəkilin sözlərinə görə cənab Mirqədirov barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. O, jurnalistə qarşı iddiaları "məntiqdən uzaq" adlandırıb.

"Bu gün ona ittiham elan olunandan sonra Rauf ifadə verməkdən imtina etdi", vəkil deyir, amma "qətiyyətlə bildirdi ki, cinayətin törədilməsinə onun "heç bir aditiyyatı yoxdur".

Aprelin 19-da Bakıya deportasiya edilmiş və Bakı hava limanında saxlanılmış "Ayna-Zerkalo" qəzetinin Türkiyə təmsilçisi Rauf Mirqədirovun vəkili Fuad Ağayevin sözlərinə görə jurnalist dövlətə xəyanətdə ittiham olunur.

Vəkilin sözlərinə görə, cənab Mirqədirov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

"Ayna-Zerkalo" qəzetinin əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib./azadlıq/
1366 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi