Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2014

İran və Azərbaycan dəmiryolları birləşdiriləcək

Bunu Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov Ərdəbil əyalətinin başçısı Məcid Xudabaş ilə görüşü zamanı deyib

Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İran və Azərbaycan arasında olan tarixi əlaqələrdən və Tehran-Bakı münasibətlərinin yeni müstəvidə inkişafından danışıb.

Cavanşir Axundov İranın Ərdəbil əyalətinin başçısı Məcid Xudabaş ilə görüşü zamanı iki ölkə arasındakı iqtisadi əlaqələrin qurulmasının vaxtının gəlib çatdığını söyləyib.

Hər iki ölkə dəmiryollarının birləşdirilməsinə işarə vuran Axundov Ərdəbil dəmiryolu layihəsinin tezliklə tamamlanmasının və Azərbaycan dəmiryolları ilə birləşdirilməsinin ikili iqtisadi münasibətlərə yaxşı təsir göstərəcəyini qeyd edib.

Görüş zamanı Ərdəbil əyalətinin başçısı Məcid Xudabaşı isə prezidentlərin görüşünün hər iki ölkə və millətlər arasında yaxınlıq əlaqələrinin inkişafına zəmin yaratdığını bildirib./ans/
1360 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi