Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2014

Snouden qorxusu: ABŞ hərəkətə keçdi

Obama rəhbərliyi kəşfiyyat nümayəndələrinin jurnalistlərlə əlaqələrinə məhdudiyyət qoyub.

Milli Kəşfiyyat rəhbəri Ceyms Klapperin imzası olan yeni təlimat ABŞ mətbuatında geniş əks-səda doğurub.

Təlimatda ifşaların qarşısını almaq üçün kəşfiyyat idarəsi işçilərinə mətbuatla əlaqələrinə məhdudiyyətlər qoyulduğu qeyd olunur.

Təlimat ABŞ hökumətinə bağlı 17 rəsmi kəşfiyyat idarəsinin hamısına aid edilir. Buna görə də kəşfiyyat səlahiyyətlilərinin gizli məlumatları, mənbələr, metodika və qərarlar məsələsində jurnalistlər ilə görüşlərinə qadağan qoyulub.

Xatırladaq ki, sabiq ABŞ Kəşfiyyat İdarəsinin nümayəndəsi Edvard Snoudenin bu ölkəyə məxsus gizli məlumatları yayması Ağ Ev rəhbərliyini çətin vəziyyətdə qoymuşdu.
1457 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi