Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2014

“Fəth” və “Həmas” razılığa gəldi

“Fəth” və “Həmas” siyasi hərəkatları koalisiya hökümətinin təşkilində razılığa gəliblər
Fələstinin əsas iki cinahı hesab edilən “Fəth” və “Həmas” hərəkatları yaxın 3-6 ay ərzində prezident və parlament seçkilərinin keçirilməsini nəzərdə tutublar

Fələstinin əsas iki cinahı hesab edilən “Fəth” və “Həmas” hərəkatları yaxın 3-6 ay ərzində prezident və parlament seçkilərinin keçirilməsini nəzərdə tutublar. İnterAz-ın əl-Cəzirəyə istinadla verdiyi xəbərə görə, Ramallah hakimiyyətini təmsil edən nümayəndə heyəti dünən Qəzzə sektorunda Həmas nümayəndələri ilə görüşərək, yaxın 5 həftə ərzində milli hökümətin təsis edilməsi barədə razılığa gəliblər.

Məlumata əsasən, yaxın 5 həftə ərzində lazımi səlahiyyətlərə malik olan müvəqqəti hökümətin təsis edilməsi, daha sonra “Fələstin Azadlıq Təşkilatı”nın strukturunun təkmilləşdirilməsi, sonda isə parlament və prezident seçkilərinin keçirilməsi kimi addımlar nəzərdə tutulub.

Bildirək ki, "Həmas" siyasi cinahı 2006-cı ildə Fələstin torpaqlarında keçirilən parlament seçkilərində qələbə qazanıb. "Fəth" hərəkatı ABŞ və İsrailin təzyiqləri altında “Həmas”ın yeni qələbəsini qəbul etməyib. 2006-cı ildən indiyə qədər Qəzzə zolağında hakimiyyəti ələ keçirən “Həmas” “Fəth” hərəkatını İsraillə sövdələşməkdə ittiham edir. Cari ayın 29-unda Fələstin-İsrail sülh danışıqlarının bitməsi və bu danışıqların müddətinin uzadılmaması fələstinliləri birgə addım atmağa məcbur edib.
1503 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber