Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2014

Rusiya Xəzərdə döyüş hazırlığına başlayır

Rusiyanın Xəzər donanmasının döyüş hazırlığının qəfildən yoxlanılmasına başlanılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü RİA Novosti Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən xəbər yayıb. Müasir Rusiya tarixində ilk dəfə orduda qəfildən yoxlamalar ötən il keçirilib. 20 ilə yaxın, 1990-cı illərdən bəri RF SQ-də belə hala təsadüf edilmyib. Ekspertlər Serqey Şoyqunun bu təşəbbüsünü müsbət qəbul ediblər və qeyd ediblər ki, qəfildən yoxlamalar kimi başqa heç nə orduda həqiqi işlərin durumunu göstərməyə və bütün səviyyələrdəki hərbi qulluqçuların mümkün təhlükələrə ani reaksiya verməyə öyrəşdirməyə qadir deyil.

Məlumatda deyilir: "Vitse-admiral, komandan Serqey Alekminskinin rəhbərliyi altında Xəzər donanmasında gəmi yoxlama taktiki təlimlərinin keçirilməsi ilə gəmilərin döyüş hazırlığının qəfildən yoxlaması başlayıb". Yeddi gün davam edəcək təlimlərdə təxminən on reyd minatutan gəmisi, kater və təchizat gəmisi, həmçinin flotiliyanın 400-dən artıq dənizçisi iştirak edir.

Bu arada isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvada Xəzəryanı dövlətlərin sammitində çıxışı zamanı bəyan edib ki, Xəzərdə hərbi fəaliyyət bütün sahilyanı ölkələr üçün bərabər təhlükəsizlik şəraitinin təmin edilməsi prinsipinə əsaslanmalıdır. Bu baxımdan Rusiyanın addımı birmənalı qarşılanmamalıdır. Çünki Rusiyanın Xəzərdə hərbi mövcuddiyyətinin gücləndirməsi digər ölkələr üçün bir mesaj sayıla bilər. 

Üzeyir Cəfərov: «Xəzərlə bağlı Rusiyanın ambisiyaları gələcəkdə daha qorxunc bir şəkilə keçə bilər»

Hərbi ekspert Üzeyir Cəfərov öncə onu bildirdi ki, bəzi KİV-lərin Rusiyanın Xəzərdəki bu yoxlamasının son iyirmi ildə müşahidə edilmədiyilə bağlı məlumatları reallığa uyğun deyil. Son bir neçə ildə, xüsusilə Sergey Şayqu Rusiyanın müdafiə naziri təyin olunmasından sonra Xəzərdə dəfələrlə hərbi təlimlərin, yoxlamaların keçirlidiyini deyən Ü.Cəfərov vurğuladı ki, amma ümumilikdə götürdükdə Rusiya son zamanlar hərbi sahədə Xəzərlə bağlı çox ciddi addımları atır: «Rusiya Xəzərdə tam nəzarəti ələ keçirmək üçün əlindən gələni edir. Putin bunu bir neçə dəfə bəyan edib ki, Xəzərlə bağlı Rusiya müdafiə nazirliyi hansı təklifləri irəli sürsə dövlət onları dəstəkləyəcək. Son vaxtlar Rusiya Xəzərdə xeyli hərbi katerlər, gəmilər yerləşdirir. Bu isə onu deməyə əsas verir ki, Xəzərlə bağlı Rusiyanın ambisiyaları gələcəkdə daha qorxunc bir şəkilə keçə bilər. Biz bunu unutmamalıyıq və Azərbaycan da bu istiqamətdə addımlar atmalıdır».

Azərbaycanın Xəzər dənizində təhlükəsizliklə bağlı ABŞ və NATO ilə əməkdaşlıq etməsinin Rusiyanı qıcıqlandırdığını deyən Ü.Cəfərov vurğuladı ki, bundan başqa ABŞ Xəzərdə təhlükəsizlik tədbirləri üçün Azərbaycana 10 milyon dollar civarında yardım ayırıb: «Xəzərlə bağlı Rusiyanın ambisiyaları get-gedə bir az da genişlənir. Bunu qətiyyən diqqətdən qaçırmaq olmaz. Eyni zamanda Xəzərlə bağlı İranın, Türkmənistanın, Qazaxıstanın da bir sıra tədbirləri var. Baş verənlərin fonunda Lavrovun bəyan etməsi ki, Xəzərin statusu ilə bağlı çox böyük irəliləyişlər əldə olunub, nəsə reallıqla səsləşmir».

1663 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı