Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2014

Xanım idmançı ilə idman naziri deyişdi

Gənclər və idman naziri Azad Rəhimov bugünkü mətbuat konfransında 5 dəfə sambo, 4 dəfə cüdo üzrə dünya çempionu Zülfiyyə Hüseynovanın təqaüd ala bilməməsi şikayəti ilə bağlı sualı cavablandırıb.

Qeyd edək ki, Zülfiyyə Hüseynova təqaüdlə bağlı prezidentə yazılan məktublarının qarşısının nazirlik və Azad Rəhimov tərəfindən alındığını bildirmişdi.

Azad Rəhimov isə məsələ ilə əlaqədar bunları deyib: “Onun ən yaxşı nəticəsi hansıdır? Qeyri-olimpiya idman növü olan samboda çempion titulu. Gənc qadındır, yaxşı maaşlı işi var. Təqaüd niyə ödənməlidir? İstənilən halda nazirlik bu məsələdə keçmiş idmançının söylədiyi kimi heç bir maneə yaratmır. Nəyə görə Gömrük Komitəsində işləyən gənc qıza təqaüd verilməlidir? Təqaüd idmanda böyük nailiyyəti olanlara dəstək məqsədilə verilir. Mən ona təqaüd verilməsinin qəti əleyhinəyəm. Dəfələrlə görüşmüşük, izah etmişik. Meyarlar var, Zülfiyyə xanım istəsə, yenə müraciət edə bilər”. 

Zülfiyyə Hüseynovanın Azad Rəhimovun “Onun ən yaxşı nəticəsi hansıdır? Qeyri-olimpiya idman növü olan samboda çempion titulu. Gənc qadındır, yaxşı maaşlı işi var. Təqaüd niyə ödənməlidir? İstənilən halda, nazirlik bu məsələdə keçmiş idmançının söylədiyi kimi heç bir maneə yaratmır” açıqlamasına cavabı özünü çox gözlətməyib.

Bu barədə aznews.az-a danışan xanım idmançı bildirib ki, cüdoda yetərincə uğurları var və prezident təqaüdü almağa layiqdir: “Əgər nazirlik maneə yaratmırsa, təqaüdlə bağlı cənab prezidentə yazdığım müraciət niyə gedib çatmayıb? İkincisi, əgər cənab nazir cüdonun olimpiya növü olduğunu bilmirsə, mən ona nə deyə bilərəm? SSRİ-də cüdo spartakiadasında üçüncü, SSRİ çempionatında isə ikinci yeri tutmuşam. Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısı, hərbiçilərin olimpiya çempionu, hərbiçilərin və tələbələrin dünya çempionuyam. Bir neçə dəfə Avropada beşinci olmuşam, iki olimpiya oyunlarının iştirakçısıyam. Bütün bunlar hamısı cüdoda qazandığım nailiyyətdir. Yəqin ki, cənab nazir cüdonu olimpiya idman növü saymır, yaxud da mənim nəticələrimdən xəbərsizdir”.

“Çox istərdim ki, cənab nazir bunu oxuyub nəticələrimi bilsin” - deyən Z.Hüseynova Azad Rəhimovu üzbəüz teledebata çağırıb: “Əgər mane olmurlarsa, adama deyərlər ki, kim mıənim müraciətimin üstünə qol çəkməyib və cənab prezidentə göndərməyib? İstənilən telekanalda canlı debat olsun. Oturaq üzbəüz danışaq. Görək kim haqlıdır, kim haqsız. Niyə haqdan-ədalətdən qaçırlar? Hər dəfə ölkəmizin prezidenti deyir ki, “bəsdir, haqq-ədaləti boğursunuz”. Heç olmasa utansınlar bu sözdən ki, prezident dediyi sözü qulaqardına vururlar. Onsuz da haqq-ədalət gec-tez yerini tutacaq. İnanıram ki, inşallah cənab prezident bu müsahibələrimin birini oxuyub onların hamısını necə lazımdır yerinə oturdacaq”.

1519 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 10:26