Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2014

Ərdoğan ermənilərə “soyqırımı” başsağlığı verdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan qondarma “erməni soyqırımı” ilə bağlı başsağlığı verib.

Bu barədə məlumatı Türkiyənin “Milliyet” qəzeti yayıb.

“Milliyet”in məlumatına görə, bu gün hökumətin rəsmi internet səhifəsindən Ərdoğanın imzası ilə qondarma “erməni soyqırımı” ilə bağlı başsağlığı mesajı nümayiş olunub.

Mesajda deyilir: “Qədim və bənzərsiz bir coğrafiyanın bənzər ənənə və adətlərinə sahib xalqlarının, keçmişlərini yetkinliklə danışa biləcəklərini, itkinlərini özlərinə yaraşan üsullarla və birlikdə yad edəcəklərinə ümid və inancla XX əsrin əvvəlindəki şərtlərdə həyatlarını itirən ermənilərin dinclik içində yatmalarını diləyir, nəvələrinə başsağlığı çatdırırıq”.

Ərdoğan mesajına bunları da əlavə edib: “Türk, erməni və beynəlxalq tarixçilərin görəcəyi iş 1915-ci il hadisələrinin açılmasında və tarixin doğru başa düşülməsində əhəmiyyətli bir rol oynayacaq”.

Ərdoğanın bu açıqlaması Türkiyə mətbuatında şok effekti yaradıb.
1520 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı